Frequently asked questions

Lucifer serialının səsləndirməsi dayandırıldımı?


Hazırda Lucifer serialının dublyajı dayandırılıb, lakin yaxın zamanda dublyajı davam etdirməyi planlaşdırırıq.




Serialların arasında olan interval nə qədərdir?


İnterval serialdan aslı olaraq 7-10 gün arasında dəyişir.




Yeni dublyajın çıxdığını hardan öyrənə bilərik?


Saytımızda səsləndirmələr paylaşılan kimi, bu haqda məlumat ilk növbədə Facebook, sonra isə İnstagram səhifəmizdə verilir. Səhifələrimizə "Əlaqə" bölməsindən daxil ola bilərsiniz.




Game of Thrones-un yeni seriyası nə vaxt çıxacaq?


"Taxtların Oyunu" serialının dublyajı dayandırlıb.




YouTube kanalınız niyə bağlıdır?


YouTube kanalı paylaşılan bəzi film treylerlərində müəllif hüquqlarını pozduğumuza görə blok olunmuşdu. Hazırda yeni YouTube kanalı fəaliyyətdədir.




Saytınızda altyazı ilə seriallar olacaqmı?


Hal-hazırda altyazılı seriallar mövcud olmasa da, yaxın gələcəkdə saytımızda bəzi seriallara altyazı ilə baxa biləcəksiniz.




Dublyajlarda necə iştirak edə bilərəm?


Bunun üçün layihəmiz tərəfindən keçirilən kastinqlərdə iştirak etməyiniz kiyafətdir. Kastinqlərə qoşulmağın necə mümkün olduğu haqda isə "ƏLAQƏ" bölməsinə daxil olub, ətraflı məlumat əldə edə bilərsiniz.




Serial və treyler dublyajlarından başqa səsləndirmələr olacaq?


Bəli, yaxında çox fərqli dublyajlar olacaq. Əgər bu barədə təklifləriniz varsa, öz fikirlərinizi "ƏLAQƏ" bölməsindən məktub formatında və ya sosial şəbəkələr üzərindən bizə yollaya bilərsiniz.